Prezident iki icra başçısını vəzifəsindən azad etdi

prezident-iki-icra-bascisini-vezifesinden-azad-etdi
Oxunma sayı: 9044

Prezident İlham Əliyev iki icra başçısının vəzifəsindən azad olunması ilə bağlı sərəncam verib.

"Qafqazinfo" Azərtac-a istinadən xəbər verir ki, sərəncamda qeyd olunur ki, Akif İsmayıl oğlu Səlimov Laçın Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.

***

Ölkə başçısının digər sərəncamı ilə Mahmud Nayfalı oğlu Quliyev Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.