Prezident onu sədr müavini təyin etdi

prezident-onu-sedr-muavini-teyin-etdi
Oxunma sayı: 13228

“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) yeni təyinat olub.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Nicat Tofiq oğlu Quliyev “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, 40 yaşlı N.Quliyev SOCAR və “Azəryolservis” ASC-də müxtəlif vəzifələrdə çalışıb. 2015-ci ildə ADY-də fəaliyyətə başlayıb, Hüquq departamentinin müdiri və ADY sədrinin müşaviri vəzifələrini icra edib.

Xəbəri rus dilində oxuyun: История нападений и терактов против израильских дипломатов