Prezident və xanımı İbrahimbəyovun məzarını ziyarət etdi - Foto

prezident-ve-xanimi-ibrahimbeyovun-mezarini-ziyaret-etdi-
Oxunma sayı: 7614

Martın 28-də Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Xalq Yazıçısı Maqsud İbrahimbəyovun məzarını ziyarət ediblər.

“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, dövlət başçısı və xanımı Fəxri xiyabanda prezidentin fərdi təqaüdçüsü, Dövlət mükafatı laureatı, Əməkdar İncəsənət Xadimi, Xalq Yazıçısı Maqsud İbrahimbəyovun məzarını ziyarət edərək xatirəsinə dərin ehtiramlarını bildiriblər.

İlham Əliyev və Mehriban Əliyeva Maqsud İbrahimbəyovun həyat yoldaşı Anna İbrahimbəyovaya bir daha başsağlığı veriblər.