Prezidentdən Elçin Quliyevlə bağlı sərəncam

prezidentden-elcin-quliyevle-bagli-serencam
Oxunma sayı: 702

Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin rəis təyin edilməsi haqqında sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, sərəncama görə, Elçin İsağa oğlu Quliyev Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi təyin edilib.

Qeyd edək ki, prezident “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Əsasnaməsinin, strukturunun və hərbi qulluqçularının və işçilərinin ümumi say tərkibinin təsdiq edilməsi haqqında” fərmanda dəyişikliklər edib. Həmin dəyişikliklərə görə, fərmanın 15-ci bənddən “- Sərhəd Qoşunlarının komandanı” sözləri çıxarılıb.

Bu vaxta qədər E. Quliyevin rəsmi vəzifəsi  “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı” şəklində idi.