Prezidentin fransız aparıcıya cavabı Türkiyədə manşet oldu - Video

prezidentin-fransiz-apariciya-cavabi-turkiyede-manset-oldu
Oxunma sayı: 17388

Prezident İlham Əliyevin oktyabrın 14-də “France 24” televiziya kanalına müsahibəsi Türkiyə mətbuatında da geniş işıqlandırılıb.

“Qafqazinfo”nun məlumatına görə, Prezidentin jurnalistin “Siz Türkiyə istehsalı olan neçə dron cəlb etmisiniz?”, - sualına gülərək “Hədəflərimizə çatmağımız üçün kifayət qədər varımızdır. Zənnimcə, məni başa düşə bilərsiniz ki, bu, mənim açıqlamamağa üstünlük verdiyim məlumatdır”, - deyə cavab verdiyi kadrlar Türkiyə mediasında “Fransız aparıcının dronla bağlı sualı Əliyevi güldürdü” başlığı ilə manşet olub.