Prezidentin oğlu Əliyevlə Lukaşenkonun - Görüşündə

prezidentin-oglu-eliyevle-lukasenkonun
Oxunma sayı: 7971

Xəbər verdiyimiz kimi, Belarus prezidenti Aleksandr Lukaşenko dünəndən ölkəmizdə səfərdədir.

Qafqazinfo” xəbər verir ki, dünən dövlət başçısı İlham Əliyevlə təkbətək görüşdən sonra Lukaşenkoya “Heydər Əliyev” ordeni təqdim edilib.

Ən maraqlı məqam isə ölkənin birinci xanımı Mehriban Əliyeva və bir çox dövlət rəsmilərinin də qatıldığı müfakatlandırma mərasimində Lukaşenkonun kiçik oğlu Nikolayın da iştirakı olub.

Qeyd edək ki, Belarus prezidenti demək olar ki, getdiyi bütün rəsmi səfərlərdə kiçik oğlunu da özü ilə birgə aparır.

Ötən ilə isə Lukaşenko 11 yaşlı oğlunu BMT-nin Baş Assambleyasına apararaq onu nümayəndə heyətinə məxsus yerdə əyləşdirmişdi. Prezidentin bu addımı dünya siyasətçiləri arasında ciddi müzakirələrə səbəb olmuşdu. Bir çoxları Lukaşenkonun bu addımını oğlunu öz siyasi varisi kimi görməsi kimi əsaslandırsalar da, prezident bu söz-söhbətləri əsassız adlandırmışdı. Lider bunu onunla izah etmişdi ki, uşaq ona çox bağlıdır və onsuz heç yatmağa da getmir.