Prokuror müavini vəfat etdi

prokuror-muavini-vefat-etdi
Oxunma sayı: 6609

Cəlilabad rayon prokurorunun müavini Fazil Həsənov vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, o, səhhətində yaranan problemlə əlaqədar 59 yaşında dünyasını dəyişib.

Əslən Laçın rayonu Mişni kəndindən olan Fazil Həsənov 33 il bu sahədə çalışıb.

Əlavə edək ki, Fazil Həsənov 2020-ci ildə Xocavənd istiqamətində minaya düşərək şəhid olan Tural Həsənovun əmisidir.