Amerikalı nüfuzlu jurnalist Robert Perri Türkiyə - Rusiya münasibətlərinə dair qalmaqallı iddialarla çıxış edib.
“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, Perri Rusiya prezidenti Putinin Ərdoğanı taktiki nüvə silahı ilə hədələdiyini bildirib. O, bildirib ki, məlumatı Putinə yaxın bir mənbədən alıb: “Putinə yaxın bir mənbə mənə bildirdi ki, Rusiya prezidenti Ərdoğana hər hansı bir türk-səud quru hərəkatı olacağı təqdirdə lazım gələrsə, Moskvanın taktiki nüvə silahından istifadə etməyə hazır olması barədə xəbərdarlıq edib”.
Perri bildirib ki, Tyürkiyə NATO-ya üzv olduğu üçün belə bir toqquşma çox böyük bir sürətlə nüvə müharibəsinə çevrilə bilər.
Son xəbərlər
Son Xəbərlər