Putin Kadırovu təltif etdi

putin-kadirovu-teltif-etdi
Oxunma sayı: 3587

Rusiya Prezidenti Vladimir Putin Çeçenistan rəhbəri Ramzan Kadırovu ikinci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

“Qafqazinfo” xəbər verir ki, Rusiya Prezidenti bu barədə müvafiq fərmanı imzalayıb.

Sənədin mətnində deyilir ki, bu mükafat Kadırova “Rusiya dövlətçiliyinin möhkəmlənməsinə, ölkənin müdafiə qabiliyyətinə və Çeçenistan Respublikasının sosial-iqtisadi inkişafına verdiyi böyük töhfəyə görə” verilib.