Putin Kremldə futbol oynadı - Fotolar

putin-kremlde-futbol-oynadi-
Oxunma sayı: 8664

Rusiya lideri Vladimir Putin FİFA-nın prezidenti Infantinonun hədiyyə etdiyi “Krasava” adlı topla məşq edib.

 “Qafqazinfo” “Sputnik”ə istinadən xəbər verir ki, Putin 2017 FİFA Konfederasiyalar Kuboku püşkatma mərasimi üçün Rusiyaya gələn Canni Infantino ilə Moskvada görüşüb.

İnfantino topu verərkən “Bu top ilk dəfə sizdə olacaq. Rusiya millisi ilə məşqə başlaya bilərsiniz” deyib.

Putinin yeni topla Kremldə məşq etməsinin görüntüləri maraqla qarşılanıb.

Qeyd edək ki, 2017 FİFA Konfederasiyalar Kuboku növbəti ilin iyunun 17-dən iyulun 2-nə kimi Rusiyada keçiriləcək.