Putin səkkiz yaşlı qızın arzusunu yerinə yetirdi - Video

putin-sekkiz-yasli-qizin-arzusunu-yerine-yetirdi
Oxunma sayı: 3412

Rusiya Prezidenti Vladimir Putin “Arzu ağacı” ümumrusiya xeyriyyə aksiyası çərçivəsində Baykal gölünü ziyarət etmək arzusunda olan səkkiz yaşlı Kristinanın arzusunu yerinə yetirib.

“Qafqazinfo” xəbər verir ki, qızın ailəsi ilə gölə səfərinin görüntüləri “Rossiya 24” telekanalında nümayiş etdirilib.

“Baykal, salam! Mən xoşbəxtəm”, - qız gölə səfəri zamanı deyib.