Putinin 32 il öncə imzaladığı sənəd elektron hərraca çıxarıldı - Foto

putinin-32-il-once-imzaladigi-sened-elektron-herraca-cixarildi
Oxunma sayı: 2537

Rusiya Prezidenti Vladimir Putinin 1992-ci ildə imzaladığı sənəd Sankt-Peterburqda elektron hərraca çıxarılıb.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, Rusiyanın hazırkı Prezidenti o zaman Sankt-Peterburq meriyasının Xarici əlaqələr komitəsinin sədri vəzifəsini tuturdu.

Putinin imzaladığı sənəd 1992-ci ilin iyulun 14-də tərtib edilib, orada “Бюротрейд С. П-б” QSC-nin dövlət reyestrinə daxil edilməsi bildirilir.

Məlumata görə, bu hüquqi şəxs qeydiyyatdan 19 il sonra, 2011-ci ildə ləğv edilib. Müəssisənin təsisçisinin kim olduğu və nə ilə məşğul olduğu barədə məlumatlar saxlanılmayıb.

İmzalı sənədlə yanaşı, V. Putinin həmin vaxta aid vizit kartı da hərraca çıxarılıb. Qeyd edilir ki, Putin o zaman Leninqrad Şəhər Şurası sədrinin beynəlxalq əlaqələr üzrə müşaviri vəzifəsini icra edib.

Bildirilir ki, ötən ilin dekabrında Putinin özünün qeyd etdiyi telefon nömrələri yazılmış bu cür vizit kart 2 milyon rubla satılıb.