Putinin keçmiş xanımına sanksiya tətbiq edildi

putinin-kecmis-xanimina-sanksiya-tetbiq-edildi
Oxunma sayı: 3405

Kanada hökuməti Rusiya Prezidenti Vladimir Putinin keçmiş həyat yoldaşı Lyudmila Şkrebnevanı sanksiyalar siyahısına əlavə edib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Kanada hökumətinin saytında dərc olunan sənədlərdə deyilir.

Qeyd edək ki, o, 1983-2013-cü illərdə Vladimir Putinlə evli olub. Onun hazırkı əri Artur Oçeretnı da sanksiya siyahısına daxil edilib.

Bundan başqa, siyahıda prezidentin uzaq qohumları Mixail Putin və Mixail Şelomov da var.