Putinlə Cinpinin söhbəti 1 saat davam edib - Yenilənib

putinle-cinpinin-sohbeti-1-saat-davam-edib
Oxunma sayı: 2030

Rusiya Prezidenti Vladimir Putinlə Çin Sədri Si Cinpin arasında telefon danışığı olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Çinin Mərkəzi Televiziyası yayıb.

Bildirilir ki, iki ölkə liderinin söhbəti Çinin Yeni ili ərəfəsində baş tutub. Putin bu münasibətlə Çin xalqını təbrik edib.

***

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, Putinlə Cinpin arasında telefon danışığı 1 saat davam edib. 

Uşakov liderlərin söhbət zamanı Ukraynadakı vəziyyət, eləcə də Rusiyanın “BRICS” təşkilatında sədrliyi barədə fikir mübadiləsi apardığını vurğulayıb. 

Məlumata görə, Si Cinpin qeyd edib ki, Rusiya və Çin xarici müdaxiləyə birgə mübarizə aparmalıdırlar.