Putinlə Ərdoğan Tehranda “taxıl məsələsi”ni müzakirə etdi - Video

putinle-erdogan-tehranda-taxil-meselesini-muzakire-etdi
Oxunma sayı: 2813

Rusiya Prezidenti Vladimir Putin Tehranda türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşüb.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, görüş zamanı prezidentlər Ukraynadakı vəziyyəti, eləcə də Ukrayna taxılının ixracı məsələsini müzakirə ediblər.

Həmçinin liderlər Rusiya-Türkiyə əməkdaşlığının əsas məsələlərini, ticarət sahəsində flaqman layihələrin həyata keçirilməsini də müzakirə ediblər.

Qeyd edək ki, Putin Ərdoğanla görüşdən əvvəl İran Prezidenti İbrahim Rəisi və ölkənin Ali rəhbəri Əli Xamenei ilə də görüşüb.