“Putinlə söhbətimizin uzun olacağını gözləyirəm”

putinle-sohbetimizin-uzun-olacagini-gozleyirem
Oxunma sayı: 1172

ABŞ Prezidenti Co Bayden Ukraynadakı vəziyyətlə bağlı hər hansı "qırmızı xətt"i tanımaqdan imtina edib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ağ Evdən bildirilib.

“Mən heç kimin “qırmızı xətləri”ni qəbul etməyəcəyəm”, - Ağ Ev rəhbəri bəyan edib.

Bayden “Ukraynaya “Rusiya müdaxiləsi”nin qarşısını necə almaq olar” barədə suala belə cavab verib:

“Rusiyanın hərəkətləri haqda çoxdan bilirik və (Rusiya Prezidenti V. Putinlə-red.) söhbətimizin uzun olacağını gözləyirəm”.

Qeyd edək ki, Putin Ukrayna ilə bağlı “qırmızı xətlər” barədə bu həftə “Rossiya zovyot” forumunda danışıb. Onun sözlərinə görə, Moskva üçün bu, qonşu ölkənin ərazisində silahlı birləşmələrin yerləşdirilməsi və dövlət təhlükəsizliyinə digər təhdidlər olacaq. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova isə bildirib ki, Ukraynanın NATO-ya daxil olması da “qırmızı xətt” olacaq.

İndi Moskva və Vaşinqton Putin və Baydenin videoformat şəklində danışıqları məsələsini müzakirə edirlər. Görüşün dekabrın 7-də keçiriləcəyi gözlənilir. Rusiya liderinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, müzakirə olunacaq məsələlər arasında strateji sabitlik, Əfqanıstan, İran, Liviya və Ukraynadakı vəziyyət olacaq.