“Qafqazinfo” “NAZ-Lifan”da - Fotolar

qafqazinfo-naz-lifanda
Oxunma sayı: 10493

Prezident İlham Əliyevin məmurlarla keçirdiyi sonuncu toplantıda onlara yerli istahsal malları ilə bağlı xəbərdarlığından sonra “NAZ-Lifan” markalı maşınlara maraq kəskin artıb.

“Qafqazinfo”nun əməkdaşı bu marağı nəzərə alaraq Naxçıvan Avtomobil Zavodunda olub.

Zavodun baş mühəndisi Rəhim İsmayılovun məlumatına görə, 2008-ci ildə yaradılan zavodda Almaniya, Belçika və İtaliya istehsalı olan avadanlıqlardan istifadə olunur. Burada 4 ban növdə (Premium, Sedan, Suv və Mini) 11 fərqli model avtomobil istehsal olunur. Zavod bir növbəli iş sistemi ilə çalışır, lakin gələcəkdə tələbat artacağı halda iki növbəli sistemə keçiləcəyi də istisna olunmur. İndilik ildə 5000 avtomobil istehsal olunur.

2016-cı ildə “NAZ Lifan x-50”, “NAZ Lifan-820” modellərinin ilk nümunələrinin istehsalına başlanılıb. Bu avtomobillərin yaxın vaxtlarda alıcılara təqdim edilməsi planlaşdırılır.

Baş mühəndis qeyd edir ki, yeni modellər əsasən məmurlar üçün nəzərdə tutulub.

Qeyd edək ki, Naxçıvanda dövlət idarə və müəssələrində rəhbər şəxslərin əksəriyyətinin xidməti avtomobili məhz yerli istehsal olan “Lifan” markalıdır.