Qahirədə yaşayış binası çökdü - 12 ölü var

qahirede-yasayis-binasi-cokdu
Oxunma sayı: 1504

Misirin paytaxtı Qahirədə yaşayış binası çöküb, ölənlər var.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, hadisə Hadaiq əl-Kobba bölgəsində baş verib. 

Dağıntılar altından 12 nəfərin meyiti çıxarılıb.

Baş Prokurorluğun məlumatına görə, binanın çökməsi ilə bağlı 3 nəfər saxlanılıb. Onların arasında binanın birinci mərtəbəsinin sahibi də var.

Qəzaya səbəb evin birinci mərtəbəsindəki əsas divarlardan birinin uçması göstərilib.