“Qalatasaray” onu ABŞ klubuna icarəyə verdi

qalatasaray-onu-abs-klubuna-icareye-verdi
Oxunma sayı: 1718

Türkiyənin “Qalatasaray” klubu futbolçusu Vilfrid Zahanı ABŞ-nin “Şarlott” klubuna icarəyə verib.

“Qafqazinfo” İstanbul klubunun rəsmi saytına istinadən xəbər verir ki, Fil dişi sahilindən olan hücumameyilli yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

MLS təmsilçisi 32 yaşlı vinger üçün “Qalatasaray”a 2,8 milyon ABŞ dolları ödəyəcək.

Qeyd edək ki, Vilfrid Zaha cari mövsümün ilk yarısını icarə əsasında Fransanın “Lion” komandasında keçirib.