“Qalatasaray” rəqibini darmadağın etdi

qalatasaray-reqibini-darmadagin-etdi
Oxunma sayı: 1206

Türkiyə Superkubokunun ilk yarımfinal matçında “Qalatasaray” “Trabzonspor”u böyük hesabla məğlub edərək adını finala yazdırıb.

“Qafqazinfo” xəbər verir ki, Qaziantep Böyükşəhər Stadionunda keçirilən qarşılaşma “sarı-qırmızılılar”ın 4:1 hesablı qələbəsi ilə başa çatıb.

“Qalatasaray”ın qollarını Barış Alper Yılmaz (38'), Eren Elmalı (45+3'), Yunus Akgün (63') və Mauro İkardi (81') müəlliflik ediblər. “Trabzonspor”un yeganə qolunu isə 55-ci dəqiqədə Felipe Auqusto vurub.

Qeyd edək ki, bu il ilk dəfə dörd komandanın iştirakı ilə (“dördlər finalı”) keçirilən turnirin digər yarımfinal oyunu yanvarın 6-da “Fənərbaxça” və “Samsunspor” arasında baş tutacaq. Turnirin həlledici final matçı isə yanvarın 10-da İstanbuldakı Atatürk Olimpiya Stadionunda oynanılacaq.