“Qalatasaray” “Trabzonspor”u darmadağın etdi - Video

qalatasaray-trabzonsporu-darmadagin-etdi
Oxunma sayı: 1528

Türkiyə Super Liqasında 21-ci turun oyunları keçirilib.

“Qafqazinfo” xəbər verir ki, “Qalatasaray” səfərdə “Trabzonspor”un qonağı olub. Qarşılaşma İstanbul təmsilçisinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 54-ə yüksəldən “Qalatasaray” “Fənərbaxça” ilə birlikdə çempionatın zirvəsində qərarlaşıb. 37 xalı olan “Trabzonspor” isə 3-cü yerdədir.

“Trabzonspor” - "Qalatasaray” 1:5

Qollar: Enes Destan, 79 - Vilfred Zaha, 13, 61, Kaan Ayhan, 64, Kerem Aktürkoğlu, 80, 90+6