Qalmaqallı bələdiyyə sədri danışdı - “Mən də polisə müraciət etmişəm...”

qalmaqalli-belediyye-sedri-danisdi
Oxunma sayı: 729

Masallı rayon Hüseynhacılı kənd bələdiyyəsinin sədri Rafiq Ağayev kənd sakinlərinin ittihamlarına cavab verib.

R. Ağayev “Qafqazinfo”ya bildirib ki, kənd sakinlərinin onun barəsində səsləndirdikləri iddiaların hamısı şər-böhtandır: “Hadisəni polis araşdırır. Mən özüm polis və rayon prokurorluğuna bu barədə müraciət etmişəm. Niyə mənə şər atmaqlarının səbəbini bilmirəm.  Hüquq-mühafizə orqanları bunu müəyyən edəcək. 

Belə fikirləşirəm ki, bələdiyyələr kəndlərdə pay torpaqlarına görə kəndlilərin ödəməli olduğu vergilərin toplanılmasına başlayıb. Bundan əlavə,  dövlət tərəfindən kəndlilərə buğda- arpa əkininə görə subsidiyalar ayrılıb. Biz də yoxlamalara başlamışıq ki, subsidiya alanlar buğda  ya arpa əkirlərmi? Hesab edirəm ki, şər-böhtan bundan qaynaqlana bilər”.

Qeyd edək ki, kənd sakinləri “Qafqazinfo”ya müraciət edərək bələdiyyə sədri Rafiq Ağayevin sərxoş vəziyyətdə qadınla məscidə gəldiyini, daha sonra pivə içərək əyləndiklərini bildiriblər.