“Ayaks”dan cavab qolu - Canlı-Yenilənir

ayaksdan-cavab-qolu
Oxunma sayı: 10404

UEFA Çempionlar Liqasının əsas mərhələsinin altıncı turunda “Qarabağ” bu gün növbəti oyununa çıxacaq.

“Qafqazinfo” xəbər verir ki, təmsilçimiz Niderlandın “Ayaks” klubu ilə üz-üzə gələcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirələcək matç Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

Hazırda turnir cədvəlində “Qarabağ” 7 xalla 19-cu, xalı olmayan “Ayaks” isə sonuncu - 36-cıdır.

Xatırladaq ki, ÇL-in Liqa mərhələsində ilk 8 yeri tutan komandalar birbaşa 1/8 finala, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanacaqlar. 25-36-cı yeri tutanlar avrokuboklarda çıxışlarını başa vuracaqlar.

10 dekabr

UEFA Çempionlar Liqası, VI tur

Saat 21:45, “Qarabağ” - “Ayaks”.

Hakimlər: Rade Obrenoviç, Yuri Praprotnik, Qreqa Kordez, Mateo Tozan (Sloveniya).

***

Komandaların start heyətləri bəlli olub.

“Qarabağ”: Mateuş Koxalski, Mateus Silva, Marko Yankoviç, Abdullah Zubir (k), Emanuel Addai, Bəhlul Mustafazadə, Leandro Andrade, Kamilo Duran, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina.

Baş məşqçi: Qurban Qurbanov

“Ayaks”: Vitezslav Yaroş, Aron Bauman, Yuri Bas, Lukas Rosa, Anton Qoei, Şon Styor, Jorti Mokio, Ko İtakura, Raul Moro, Kasper Dolberq, Oskar Qlux.

Baş məşqçi: Fred Qrim

***

Matç başladı. Uğurlar, “Qarabağ”.

***

Maçtın 10-cu dəqiqəsində Kamilo Duran hesabı açaraq komandamızı önə keçirir.


***

Kasper Dolberq 39-cu dəqiqədə bərabərlik qolunu vurur.

***

Fasilə.