“Qarabağ” bu göstəricilərdə liderdir

qarabag-bu-gostericilerde-liderdir
Oxunma sayı: 2482

UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunlarından sonra statistik göstəriciləri açıqlayıb.

“Qafqazinfo” qitə futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, “Qarabağ”ın oyunçusu Andrey Lunyov turnirdə ən çox qurtarış edən qapıçıdır.

Azərbaycan təmsilçisinin braziliyalı yarımmüdafiəçisi Julio Romao isə Avropa Liqasında ikili mübarizələrdə ən çox qalib olan oyunçudur. O, 27 dəfə buna müvəffəq olub.

“Qarabağ” Avropa Liqası oyunlarında ən çox top qazanan komandadır.

Azərbaycan çempionunun futbolçuları keçirdikləri 8 qarşılaşmada (6 qrup, 2 pley-off) 350 dəfə topu rəqibdən “oğurlayıblar”.

Xəbəri rus dilində oxuyun: В Ходжалы обнаружены скелеты со связанными руками и ногами - ВИДЕО

Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın “Braqa” klubunu üstələyib. Səfərdə rəqibinə qalib (4:2) gələn Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda əlavə vaxtda məğlub (2:3) olsa da, 1/8 finala yüksəlib.