“Qarabağ” üçün belçikalılar

qarabag-ucun-belcikalilar
Oxunma sayı: 2348

Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda keçiriləcək Molde (Norveç) – Qarabağ matçı üçün hakim təyinatları müəyyənləşib.

“Qafqazinfo” UEFA-nın saytına istinadən xəbər verir ki, matçı Belçika Futbol Federasiyasından Erik Lambrexts idarə edəcək.

Ona Co de Veyrdt və Kevin Monteni kömək göstərəcəklər. Natan Verbumen isə dördüncü hakim funksiyasını yerinə yetirəcək. Benoi Millo (Fransa) və  Yan Boterberq (Belçika) VAR hakimləri olacaqlar.

Qeyd edək ki, noyabrın 30-da keçiriləcək "Molde" - "Qarabağ" görüşü yerli vaxtla 21:00-da (Bakı vaxtı ilə saat 00:00) başlayacaq.