Məlum olduğu kimi, ötən axşam Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda təmsilçimiz “Qarabağ” İtaliyanın “Roma” klubu ilə üzləşib.
Gərgin keçən görüşün ilk 15 dəqiqəsində rəqib qapımıza 2 qol vursa da, Ağdam klubu da “Roma”nın qapısını boş buraxmayıb.
1:2 hesabı ilə başa çatan qarşılaşmadan geriyə maraqlı kadrlar qalıb. Tarixi matçı Bakı Olimpiya Stadionunda izləyən azarkeşlər yağışlı-küləkli havada islanaraq “Qarabağ”a sona qədər dəstək olublar.
“Qafqazinfo”nun fotoqrafı Nuran Məmmədovun stadiondan hazırladığı videoçarxı təqdim edirik:
Son xəbərlər
Son Xəbərlər