“Qarabağ”a transferi baş tutmadı

qarabaga-transferi-bas-tutmadi
Oxunma sayı: 2845

“Qarabağ”ın direktoru Emrah Çelikel klubun “Bayer”in (Leverkuzen) rusiyalı qapıçısı Andrey Lunyovun Ağdam təmsilçisinə keçidi ilə bağlı razılığa gələ bilmədiklərini söyləyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, championat.com-a açıqlamasında deyib: 

“Təəssüf ki, Andrey Lunyovun transferi ilə bağlı “Bayer”lə razılaşa bilmədik. Danışıqlar başa çatıb”.

Daha əvvəl futbolçunun agenti “Qarabağ”la yanaşı, qolkiperin karyerasını Türkiyədə və İngiltərə Çempionşipində davam etdirmək variantının olduğunu bildirmişdi.