“Qarabağ”dan inamlı qələbə - Video - Yenilənib

qarabagdan-inamli-qelebe
Oxunma sayı: 4393

Misli Premyer Liqasında 24-cü turun oyunları keçirilir.

“Qafqazinfo” xəbər verir ki, bu gün daha 2 oyun baş tutacaq.

Əvvəlcə, “İmişli” lider “Sabah”ı qəbul edəcək. Qubada keçiriləcək oyunun baş hakimi Rauf Cabbarov olacaq.

Turun mərkəzi oyununda isə “Zirə” son çempion “Qarabağ”la qarşılaşacaq. Oyunu Fərid Hacıyev idarə edəcək.

Misli Premyer Liqası

24-cü tur

14 mart

“Zirə” – “Qarabağ”

Hakimlər: Fərid Hacıyev, Namik Hüseynov, Rəhman İmami, Vüqar Həsənli.

Zirə İdman Kompleksinin stadionu. 19:15.

***

Komandaların start heyətləri bəlli olub:

“Zirə”: 97. Tiaqo Silva 8. İsmayıl İbrahimli 7. Rövlan Muradov 14. Elçin Əlicanov 4. Ruan Renatov (k) 25. Enrike Kustodio 9. Davit Volkov 30. Rikardo Martins 93. Brahim Konate 5. Ange Mutsinzi 11. Junior Martins

Ehtiyat oyunçular: 13. Aydın Bayramov 70. Namik Ələskərov 73. Anatoli Nuriyev 21. Hacıağa Hacılı 19. Rüfət Abdullazadə 29. Ceyhun Nuriyev 26. Stefan Aka 28. Leroy Mikels 10. Giorgi Papunaşvili 20. İssa Cibrila 6. Eldar Quliyev 22. Eren Aydın

“Qarabağ”: 99. Mateus Koxalski 44. Elvin Cəfərquliyev 10. Abdullah Zubir (k) 81. Kevin Medina 20. Kadi Borqes 2. Mateus Silva 9. Joni Montiel 18. Dani Bolt 15. Leandro Andrade 35. Pedro Bikalyo 17. Kamilo Duran

Ehtiyat oyunçular: 97. Fabian Buntiç 89. Amin Ramazanov 55. Bədavi Hüseynov 30. Abbas Hüseynov 77. Ramil Şeydayev 27. Toral Bayramov 22. Musa Qurbanlı 32. Hikmət Cəbrayılzadə 8. Marko Yankoviç 21. Aleksey Kaşuk 11. Emmanuel Addai 24. Jeremi Qnali.

***

Oyun başladı. 

***

“Qarabağ” hesabı açdı. Coni Montiel 22-ci dəqiqədə fərqləndi.

***

Oyunda birinci hissə başa çatdı.

***

Fasilə bitdi. Oyunda ikinci hissə başladı.

***

“Qarabağ”dan 2-ci qol. Kamilo Duran 55-ci dəqiqədə fərqlənir.

***

“Zirə” hesab arasındakı fərqi azaldır. Ceyhun Nuriyev 70-ci dəqiqədə fərqlənir.

***

Hesab 3:1 oldu. Kadi 72-ci dəqiqədə “Qarabağ”ın üçüncü qolunu vurur.

***

Matç bitdi.