“Qarabağ”dan darmadağın - Son dəqiqədə 5-ci qol+Video

qarabagdan-darmadagin
Oxunma sayı: 2570

Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin oyunlarına start verilir.

“Qafqazinfo” xəbər verir ki, mərhələ “Qarabağ” – “Samtredia” oyunu ilə başlayır.

“Qarabağ” gürcü rəqibini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edir. Matçı türkiyəli hakim Mete Kalkavan idarə edəcək.

***

Oyun başladı. 

***

10-cu dəqiqədə qazanılan penaltı zərbəsini Əfran İsmayılov qola çevirdi. "Qarabağ" hesabda 1-0 öndədir.

***

Oyunun 37-ci dəqiqəsində Ndlovu fərqi 2 topa çatdırır. "Qarabağ" hesabda 2-0 öndədir.

***

Matçın 45+1 dəqiqəsində rəqibin qapısına növbəti penalti təyin edilir. Zərbəni Ndlovu dəqiq yerinə yetirir. "Qarabağ" 3:0 irəlidədir. 

***

İlk hissə başa çatdı.

***

İkinci hissə başladı. 

***

Oyunun 82-ci dəqiqəsində Guerier komandamızın 4-cü qolunu vurur. Hesab 4:0 "Qarabağ"ın xeyrinədir. 

***

90+2-ci dəqiqədə Miçel fərqi 5 qola çatdırır. "Qarabağ" 5:0 irəlidədir. 

***

Oyun 5:0 hesabı ilə "Qarabağ"ın xeyrinə başa çatdı.