Ermənistanın xarici işlər naziri Eduard Nalbandyan Romada italiyalı həmkarı Anqelino Alfano ilə görüşündən sonra birgə mətbuat konfransı keçirib.
“Qafqazinfo” DHA-ya istinadən xəbər verir ki, konfransda Nalbandyan Dağlıq Qarabağ münaqişəsi haqqında sual verən rus jurnalistə sərt cavab verib.
Jurnalistin “İşğal etdiyiniz Azərbaycan torpaqlarından nə zaman çıxacaqsınız?” sualı qarşısında çıxılmaz vəziyyətə düşən erməni nazir jurnalistə əsəbiləşib:
“Bu sual ya redaksiyada, ya da Bakıda yazılıb”.
Nalbandyan daha sonra münaqişənin həll edilməsi üçün ATƏT-in Minsk Qrupunun tövsiyələrini dinlədiklərini iddia edib.
Son xəbərlər
Son Xəbərlər