“Qarabağ”dan tarixi qələbə! - Yenilənib

qarabagdan-tarixi-qelebe
Oxunma sayı: 11642

Bu gün Avropa Liqasında pley-off mərhələsinə start veriləcək.

“Qafqazinfo” xəbər verir ki, tarixində ilk dəfə bu mərhələyə vəsiqə qazanmış Azərbaycan çempionu “Qarabağ” Portuqaliyanın “Braqa” komandası ilə qarşılaşacaq.

Bu komandalar arasındakı ilk oyun Braqa şəhərində baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

“Qarabağ”la “Braqa” arasında cavab görüşü fevralın 22-də Bakıda keçiriləcək.

Avropa Liqası
Pley-offun ilk oyunu
15 fevral

00:00. “Braqa” – “Qarabağ”
Baş hakim: Morten Knoq (Danimarka).
Braqa. “Estadio Munisipal”.

***

UEFA Avropa Liqasının pley-off mərhələsininin ilk oyunu çərçivəsində bir qədər sonra başlayacaq “Braqa” – “Qarabağ” matçı üçün heyətlər açıqlanıb.

Komandalar matça aşağıdakı tərkibdə çıxacaqlar:

“Braqa”: 1. Mateus, 2. Viktor Qomes, 15. Paulo Oliveyra, 4. Siku Niakate, 26. Kristian Borxa, 28. Joao Moutinyo, 18. Vitor Karbvalyo, 16. Rodriqo Zalazar, 23. Simon Banza, 9. Abel Ruiz (k), 14. Alvaro Djalo

“Qarabağ”: 99. Andrey Lunyov, 44. Elvin Cəfərquliyev, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov (k), 2. Mateus Silva, 7. Yassin Benzia, 6. Julio Romao, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 18. Juninyo Olavio

Ehtiyat oyunçular: L.Quqeşaşvili, A.Ramazanov, M.Medvedev, K.Medina H.Keyta, R.Cica, A.İsayev, A.Hüseynov, T.Bayramov, P. Andrade, N.Axundzadə

***

Matç başladı.

***

21-ci dəqiqədə “Qarabağ” hesabı açdı. Marko Yankoviç penaltidən fərqləndi - 0:1

***

Simon Banza 43-cü dəqiqədə hesabı bərabərləşdirir - 1:1.

***

İlk hissə 1:1 hesabı ilə başa çatdı.

***

İkinci hissə başladı.

***

Abdulla Zubir Ağdam klubunu yenidən hesabda önə keçirir - 2:1

***

65-ci dəqiqədə Juninyo "Qarabağ"ın 3-cü qolunu vurur - 3:1.

***

69-cu dəqiqədə Zubir dubl edir - 4:1

***

90+1-ci dəqiqədə Moutinyo hesab arasındakı fərqi azaldır  - 2:4.

***

Matç başa çatdı. "Qarabağ" səfərdə güclü rəqibi üzərində 4:2 hesablı tarixi qələbə qazandı.