“Qarabağ”ın futbolçusu zədələndi

qarabagin-futbolcusu-zedelendi
Oxunma sayı: 1455

“Qarabağ”ın futbolçusu Patrik Andrade Kabo-Verde millisinin düşərgəsində zədələnib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Kabo-Verde Futbol Federasiyası məlumat yayıb.

Belindəki ağrılar səbəbindən Andrade millidə ardıcıl ikinci məşqi buraxıb.

Qeyd edək ki, Kabo-Verde yığması sabah Tunislə yoldaşlıq oyunu keçirəcək. Andradenin komandası yanvarın 15-də Afrika Millətlər Kubokunda ilk oyununa çıxacaq. Rəqib isə Qana yığması olacaq.