“Qarabağ”ın oyunu təxirə salınacaq? - Açıqlama

qarabagin-oyunu-texire-salinacaq
Oxunma sayı: 2850

Bu gün Azərbaycan Kubokunun 1/4 finalında “Qarabağ” səfərdə “Şamaxı” ilə qarşılaşacaq.

“Qafqazinfo” xəbər verir ki, matçın keçiriləcəyi Şamaxı Şəhər Stadionunun ot örtüyü qarla örtülüb. 

Gecədən yağan qar süni meydançanı tamamilə örtüb. Lakin hazırda stadionda təmizləmə işləri gedir. 

PFL-in texniki-idman şöbəsinin direktoru Elgiz Abbasov saytımıza açıqlamasında bildirib ki, fors-major hal yaranmasa, matç nəzərdə tutulduğu vaxtda keçiriləcək: “Qar olanda oyunun keçirilməsi çətinləşir və bu, normaldır. Amma biz 3 tərəfli - AFFA, PFL və “Şamaxı” olaraq bütün mümkün tədbirləri görmüşük. AFFA ilə danışıqların nəticəsi olaraq Şamaxıya peşəkar qar təmizləyən traktor göndərilib, eyni zamanda PFL tərəfindən narıncı toplar təmin olunub. Əgər fors-major hal, yaratdığı fəsadların aradan qaldırılması tələb olunan vaxt çərçivəsində imkansız olan hadisələr baş verməsə, oyun planlaşdırılmış qaydada baş tutacaq. Bu gün səhər saatlarında artıq işlərə başlanılıb”.