Qaradağda sanitar günü keçirildi - Fotolar

qaradagda-sanitar-gunu-kecirildi
Oxunma sayı: 1379

Bakı Şəhər İcra Hakimiyyətinin tövsiyəsinə uyğun olaraq Qaradağ rayonunun bütün qəsəbələrində iməclik keçirilib.

“Qafqazinfo” xəbər verir ki, rayonun küçələrində, səki kənarları, bordyur və işıq dirəkləri, məhəccərlər, mağaza vitrinləri, reklam lövhələri, ağaclar və yaşıllıq zolaqları yuyulub, zədələnmiş ağaclar budanıb, digər təmizlik və dezinfeksiya işləri görülüb.

Eyni zamanda, rayonda fəaliyyət göstərən sahibkarlara obyektlərində təmizlik işləri aparmaqla obyektlərin pəncərələrinin yuyulması və digər dezinfeksiya işlərinin aparılması tövsiyə olunub. Bundan başqa, ərazidə zibilliklər yığışdırılıb, yaşıllıqlara müvafiq qulluq göstərilib.