Qatar yoluna çıxan “Mercedes” bu hala düşdü - Foto

qatar-yoluna-cixan-mercedes-bu-hala-dusdu
Oxunma sayı: 2765

Bu gün saat 13:20 radələrində ADY-yə məxsus teplovoz Sitalçay–Tağıyev çeşidləmə mənzilində hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 90-MR-785 olan “Mercedes” markalı avtomobil xəbərdarlıq nişanlarına məhəl qoymadan dəmiryol xəttini keçməyə cəhd edib.

“Azərbaycan Dəmr Yolları” QSC-dən “Qafqazinfo”ya bildirilib ki, toqquşma nəticəsində xəsarət alan olmayıb.

Bununla belə, ADY nəqliyyat vasitələri sürücülərini “Yol hərəkəti haqqında” Azərbaycan Respublik”ası Qanununun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə çağırıb:

“Dəmiryol keçidlərindən keçən zaman diqqətli olun! Qaydaları pozan sürücülər sadəcə 100 manat məbləğində cərimələnmir, özünün və sərnişinlərin həyatını da riskə atırlar”.