Qaydaları pozan skuter sürücüsünü maşın vurdu - Video

qaydalari-pozan-skuter-surucusunu-masin-vurdu
Oxunma sayı: 2318

Bakıda işıqforun işığının tələbinə məhəl qoymayan elektroskuter idarə edən şəxsi avtomobil vurub.

“Qafqazinfo” DİN Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu Bülbül prospekti ilə Füzuli küçəsinin kəsişməsində baş verib.

“Müşahidələr göstərir ki, bəzi şəxslərin yollarda bu kimi davranışı qəzalara səbəb olur. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi skuter idarə edən şəxslərdən yollarda svetofor və yol nişanlarının tələblərinə əməl etməyi, həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyatları üçün təhlükə yaratmamağı xahiş edir”, - məlumatda qeyd olunub.