Qazaxda avtomobil sərxoş piyadanı vuraraq öldürdü

qazaxda-avtomobil-serxos-piyadani-vuraraq-oldurdu
Oxunma sayı: 3315

Qazaxda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Qafqazinfo"ya daxil olan sorğuya cavab olaraq bildirilib ki, bu gün 20:30 radələrində Qazax rayon Daş Salahlı kəndiində piyada Təvəkkül Musayev sərxoş halda yolu keçmək istəyərkən VAZ-21099 markalı avtomobilin yan güzgüsünə dəyib, sonra arxadan gələn "Mercedes" markalı avtomobil tərəfindən vurulub.

Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.