Qazdan istifadə qaydaları ilə bağlı yeni - Qərar

qazdan-istifade-qaydalari-ile-bagli-yeni
Oxunma sayı: 10457

Nazirlər Kabineti “Qazdan istifadə Qaydaları”na dəyişiklik edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə müvafiq sənədi Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, qaz qurğularına texniki baxış üçün tələb olunan sənədlərin siyahısı genişləndirilib. Belə ki, Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən sənaye qaz qurğusunun istismarına icazə vermək üçün həmin qurğulara texniki baxış istehlakçıların təqdim etdiyi sənədlərlə yanaşı, ərizə də təqdim edilməlidir.

Bundan əlavə, həmin qaydalar edilən əlavəyə görə, Enerji Məsələləri Tənzimlənmə Agentliyinə sənədlər barədə məlumat əldə etmək üçün dövlət orqanlarının və digər qurumların elektron informasiya ehtiyatlarından istifadə etmək səlahiyyəti verilib.

Bu mümkün olmadığı halda, həmin sənədlərin təqdim edilməsi ərizəçidən tələb olunur.