Üzərilərinə düşən borcu layiqincə yerinə yetirməkdən qürur duyan həkimlərimiz...

uzerilerine-dusen-borcu-layiqince-yerine-yetirmekden-qurur-duyan-hekimlerimiz
Oxunma sayı: 3210

“Lovely Dent” klinikasının uzun zamandır tətbiq etdiyi xeyriyyə kampaniyası davam edir. 

“Qafqazinfo” xəbər verir ki, tanınmış stomotoloq Xəyal Səmədovun təşəbbüsü ilə həyata keçirilən yardımlar bu dəfə cəbhəyanı bölgələrdə reallaşıb. 

X. Səmədov həmkarları Zaur İbrahimov və Hafiz Hacıyevlə birgə Murovdağ və Füzulidə əsgər və xəstəxanalara 13 min manatlıq yardım göstəriblər. 

Xəyal Səmədov açıqlamasında bildirib ki, öz təşəbbüsləri ilə belə bir addım atıblar: “Biz cəbhəyanı bölgələrdə xeyriyyə kampaniyasına start verdik. İki səfərimiz Murovdağa oldu. Orada yerləşən bütün hərbi hissələrə lazımi avadanlıqları aldıq. Hərbi həkimlərin əskikliklərini qarşılamağa çalışdıq. Bura onların geyim, dərmanlar və digər ləvazimatları aiddir. Ciddi yardım etdik.

Daha sonra Füzulidə olan iki xəstəxanaya getdik, yaralıları ora gətirirdilər. Orada yatan xəstələri ərzaqla təmin etdik. Həmçinin dərman ləvazimatları verdik. Həmçinin, həmin xəstəxanalarda olan, diş və çənəsindən qəlpə və s. yara alanları qeydiyyata aldıq. Xəstəxanadan çıxan kimi onları müalicə edəcəyik. Hətta 3 günə 36 nəfəri müalicə etdik. 

Öz təşəbbüsüm ilə belə bir xeyriyyə kampaniyasını təşkil etdik. Mən tək deyildim. Mənimlə digər həkimlər Zaur İbrahimov və Hafiz Hacıyev də iştirak edirdi. 

Davamlı olaraq xeyriyyə kampaniyasını aparırıq. Təkcə bununla kifayətlənmir. Bu kimi işlərimiz bundan əvvəl də olub, sonra da olacaq. Birinci mərhələdə 5 min, ikincidə isə 7 min AZN-lik yardım göstərmişik. Lakin maddi məsələdən əlavə mənəvi olaraq onların yanındayıq. Mütəmadi olaraq yaralı əsgərlərimizlə əlaqə saxlayırıq. Yaddaşını itirən hərbçilərimizə köməklik göstəririk, onların əvvəlki vəziyyətlərinə qaytarmaq üçün əlimizdən gələni edirik”.