Qəzada ölən polisin adı açıqlandı

qezada-olen-polisin-adi-aciqlandi
Oxunma sayı: 986

Bu gün səhər saatlarında Səbail rayonu Bayıl qəsəbəsi istiqamətində​ baş verən ağır yol nəqliyyat hadisəsinin təfərrüatları məlum olub. 

“Qafqazinfo”nun  əldə etdiyi məlumata görə, 2016- ci il tarixindən Səbail rayon Post Patrul bölüyündə xidmət aparan 1992- ci il təvəllüdlü polis kiçik serjantı Zeynallı Emil Adil oğlu hadisə yerindəcə vəfat edib. Belə ki, post patrul xidmətinin əməkdaşı Z. Emil Əhəd Yaqubov küçəsinin qarşısında SOCAR yanacaqdoldurma məntəqəsinə dönmək istəyərkən Suraxanı rayon sakini 1974- cü il təvəllüdlü Məmmədov Rövşən Aydın oğlunun idarə etdiyi “Porsche” markalı avtomobil  tərəfindən vurulub. Porshenin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri aparıb. 

Faktla bağlı Səbail rayon Polis idarəsində araşdırmalara başlanılıb.

 Günel Türksoy