Qəzada ölən qardaşlar deputatın qohumudur... - Fotolar

qezada-olen-qardaslar-deputatin-qohumudur
Oxunma sayı: 1909

Ötən gün Bakıda baş verən və 3 nəfərin ölümü, 1 nəfərin isə ağır yaralanması ilə nəticələn dəhşətli qəzanın təfərrüatları məlum olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qəzada həlak olan Hacızadə Rövşən və Üzeyir qardaşları millət vəkili Şəmsəddin Hacıyevin qardaşı nəvələridir. 

Həlak olan 1992- ci təvəllüdlü Rövşən Hacızadə ailəli olub. Onun 1 aylıq körpəsi var. Qardaşlar Bakıda yaşayırmış.  

Fotoda: Üzeyir Hacızadə

“Qafqazinfo” məsələ ilə bağlı deputat Şəmsəddin Hacıyevlə əlaqə saxlayıb. O, hadisədən dərin üzüntü keçirdiyini vurğulayıb və məsələnin araşdırıldığını qeyd edib. 

Vəfat edən qardaşlar bu gün saat ikidə Sulutəpədə dəfn olunacaqlar.

 Günel Türksoy