Qəzalarda həyatını itirən müəllimlərin - Fotosu

qezalarda-heyatini-itiren-muellimlerin
Oxunma sayı: 8320

Xəbər verdiyimiz kimi, fevralın 22-də axşam saatlarında İsmayıllıda ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, qəzada həyatını itirən 34 yaşlı Nigar Bayramova Zaqatala şəhər Ş.Qurbanov adına 3 nömrəli tam orta məktəbin tarix müəllimi olub. İsmayıllının Xanəgah kəndi ərazisində minik avtomobilinin yük avtomobilinə toqquşması nəticəsində xəsarət alan N.Bayramova dünyasını dəyişib.

Bundan başqa fevralın 17-də Qazax rayonunun Qarapapaq kəndində avtomobilin vurduğu həmin kənddəki orta məktəbin ingilis dili müəllimi 1975-ci il təvəllüdlü Elmira Şıxlinski də xəstəxanada vəfat edib. Onunla birgə qəzada xəsarət alan şagird, 2007-ci il təvəllüdlü Rəqsanə Məmmədovanın müalicəsi davam etdirilir.

Mərhum müəllimlərin fotosunu təqdim edirik:

Fotoda Nigar Bayramova

Fotoda Elmira Şıxlinski