Qəzaya düşən maşından 3 nəfər belə çıxarıldı - Video

qezaya-dusen-masindan-3-nefer-bele-cixarildi
Oxunma sayı: 1552

Gecə saatlarında Nərimanov rayonunun Vaqif prospektində yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, hadisə zamanı vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “VAZ 2121” və “SAİPA” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və “SAİPA” markalı avtomobilin sürücüsü ilə sərnişinləri deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıblar.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü və iki sərnişini xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.