“Qış yumurtası” 30 milyon dollara satıldı - Video

qis-yumurtasi-30-milyon-dollara-satildi
Oxunma sayı: 1740

Özəl kolleksiyalarda qalan son Faberje yumurtalarından biri - “Qış yumurtası” Londonun “Christie's” hərracında 22,9 milyon funt sterlinqə (30,2 milyon dollar) satılaraq yeni rekord müəyyən edib.

“Qafqazinfo” xəbər verir ki, əsər 1913-cü ildə Çar II Nikolay tərəfindən anasına Pasxa hədiyyəsi kimi sifariş edilmişdi.

Üç dəqiqəlik hərracdan sonra naməlum alıcıya satılan yumurta Faberjenin indiyədək hərraca çıxmış ən bahalı əsəri olub. Bu cür imperator yumurtalarının sonuncusu 23 il əvvəl hərracda görünmüşdü.

Qaya kristalından hazırlanan və 4 500 brilyantla bəzədilən yumurtanın dizaynı Faberjenin qadın zərgəri Alma Pixlə məxsusdur. İçərisində ağ kvars və nefritdən hazırlanmış miniatür çiçəklərlə dolu tipik “sürpriz” yerləşir.

“Qış yumurtası” 1917-ci il İnqilabından sonra bolşeviklər tərəfindən satılıb və illər boyu müxtəlif özəl kolleksiyalarda qorunub. Sonuncu dəfə 2002-ci ildə hərracda 9,6 milyon dollara satılmışdı.