Qiymət yenə qalxır

qiymet-yene-qalxir
Oxunma sayı: 5405

Dünya bazarında neftin qiyməti yenidən “oynayır”.

“Qafqazinfo” investing.com-a istinadən xəbər verir ki, Brent markalı neftin bir barrelinin qiymətində 6,59% artım qeydə alınıb. Hazırda bu markalı neft 34,30 dollardan təklif edilir.

WTI markalı neftin qiymətində də artım var. Belə ki, 5,60% bahalaşma ilə WTI-nin bir barrelinin qiyməti 30,66dollarda qərarlaşıb.

Qeyd edək ki, ötən gün Brent markalı neft 32,74, WTI isə 29,07 dollardan satılırdı.