Qızı üçün “Maşa” oldu - Fotolar

qizi-ucun-masa-oldu
Oxunma sayı: 4343

“Hürrəm Sultan” obrazı ilə tanınan Türkiyənin məşhur aktrisası Meryem Uzerli ailə üzvləri ilə birlikdə qızının 3 yaşını qeyd edib.

“Qafqazinfo” xəbər verir ki, o, doğum günündə “Maşa” obrazı ilə diqqət çəkib.

Məşhur cizgi film qəhrəmanı kimi geyinən və saçlarını sarıya boyayan aktrisa ad günündən olan fotoları sosial şəbəkə hesabında paylaşıb. 

“Ad günün mübarək, sevgim mənim! Hamımız səni çox sevirik!”, - o yazıb.