Qubada Regional Travmatoloji Mərkəz yaradıldı - Fotolar

qubada-regional-travmatoloji-merkez-yaradildi
Oxunma sayı: 2963

Quba Rayon Mərkəzi Xəstəxanasının nəzdində zəruri kadr potensialına və infrastruktura malik Regional Travmatoloji Mərkəz  yaradılıb.

“Qafqazinfo” xəbər verir ki, Mərkəz tərəfindən Quba, Xaçmaz, Qusar, Şabran və Siyəzən rayonlarının əhalisinə ixtisaslaşdırılmış tibbi xidmət, həmçinin müvafiq profil üzrə mürəkkəb klinik hallar zamanı regionun tibb müəssisələrinə konsultativ-diaqnostik yardım göstərilir.

Mərkəzin fəaliyyətinin əsas məqsədi regionda yaşayan əhalinin müvafiq profiln üzrə ixtisaslı tibbi xidmətə əlçatanlığının təmin edilməsindən ibarətdir.

İndiyədək yalnız paytaxtda yerləşən ixtisaslaşmış tibb müəssisələrində icrası mümkün olan bir sıra mürəkkəb travmatoloji əməliyyatların sözügedən Mərkəzdə həyata keçirilməsinə başlanılıb. Mərkəzdə endoprotez əməliyyatları da həyata keçiriləcək.

Qeyd edək ki, mərkəz travmatoloji əməliyyat alətləri ilə tam təmin olunub və son 2 gün ərzində 4 mürəkkəb cərrahi əməliyyat icra olunub. Eyni zamanda Regional Travmatoloji Mərkəzdə artıq “Bud sümüyünün intramedullyar fiksasiyaedici ştiflə osteosintezi” cərrahi əməliyyatı icra olunub. İcra edilmiş əməliyyat uğurla nəticələnib, pasiyentin vəziyyəti qənaətbəxşdir.