Qurban Qurbanovdan qələbə şərhi

qurban-qurbanovdan-qelebe-serhi
Oxunma sayı: 2177

“Öncə, futbolçularımı təbrik edirəm və onlara təşəkkür edirəm. Azarkeşləri təbrik edirəm. Neçə illər idi ki, şansımız olmuşdu, istifadə edə bilməmişdik”. 

“Qafqazinfo” xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Hekken” üzərində qazanılan 2:1 hesablı qələbədən sonra keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis Avroliqanın 1/16 final mərhələsinə adlamalarını belə şərh edib:

“Şükür ki, bu gün hər şey gözəl bitdi, neçə illərdir ki, xalqımız bunu gözləyirdi. Bu cür uğuru əldə etmək inanıram ki, futbolumuza təkan verəcək. Böyük komandaların Bakıya gəlməsi, onlarla nəticə üçün oynamaq futbolumuza fayda verə bilər”.