Qusar rayonunun Gündüzqala kəndində yanğın olub.
“Qafqazinfo” xəbər verir ki, ikimərtəbəli aynabənddən ibarət evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Yanğından 1981-ci il təvəllüdlü Babayev Əsfər Əmirağa oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Emin Kərimov




Son xəbərlər
Son Xəbərlər