Ramazan Fətvasını pozduğu üçün işdən çıxarıldı - Şeyxdən sərt qərar

ramazan-fetvasini-pozdugu-ucun-isden-cixarildi
Oxunma sayı: 1043

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Ramazanla bağlı fətvanı pozan din xadimini cəzalandırıb.
 
"Qafqazinfo" xəbər verir ki, QMİ-dən APA-ya bildiriblər ki, Qazılar Şurasının 24.05.2017-ci il tarixli Fətvasının tələblərini kobud şəkildə pozduğu üçün Ağdaş rayonu Qobuüstü kənd məscidinin dini ayinlər icraçısı Məmmədov Nurməhəmməd Rəsul oğlu İdarə rəhbərliyinin əmri ilə tutduğu vəzifədən azad edilib.